Neftçalada qətl: 65 yaşlı kişi evində öldürüldü

img

30-08-2022 [18:05]


Neftçalada həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Mia.az xəbər verir ki, aqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR