Nazir Heydər Əsədovdan yeni təyinatlar

img

20-04-2014 [23:00]


Bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyində üç şöbə müdirinin işdən çıxarıldığını xəbər vermişdik. Modern.az saytının məlumatına görə, nazir Heydər Əsədovun əmri ilə həmin vəzifələrdən ikisinə yeni təyinatlar həyata keçirilib.

Nazirlikdən əldə etdiyimiz məlumata görə, Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsinə Qalib Abduləliyev gətirilib.
İqtisadiyyat və maliyyə şöbəsinin müdiri postu isə Mikayıl Nuriyevə həvalə olunub.

Qeyd edək ki, bu yaxınlarda Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov, İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov, Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA