"Lotu Quli"nin qardaşı Rusiyada saxlanılıb - Namiq Səlifov qətldə şübhəli bilinir

img

30-08-2022 [13:38]


Azərbaycanlı qanuni oğru Namiq Səlifov Rusiyada saxlanılıb.

Bu barədə Rusiyanın "REN TV" saytı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ötən il Rusiyada qanuni oğru, "Albert Rıjiy" kimi tanınan azərbaycanlı qanuni oğru Əli Heydərovun qətli ilə əlaqəli olmaqda şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov şübhəli şəxs qismində tutulub/APA.

Qeyd edək ki, Namiq Səlifov "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun qardaşıdır. Nadir Səlifovun qətlindən sonra onun dəstəsinə Namiq Səlifov rəhbərlik edir. Namiq Səlifov kriminal aləmdə "Namik Bakinski" kimi tanınır.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR