“Qardaşlıq Dastanı” Bakıda nümayiş olunacaq
30-08-2022 [13:26]
Mədəniyyət Nazirliyi və Yunus Emre İnstitutunun Bakıdakı filialının dəstəyi ilə “Qardaşlıq Dastanı” Teatral Rəqs Nümayişi layihəsi həyata keçiriləcək.
Mia.az xəbər verir ki, Serhat Turakın bədii rəhbərliyi, Alagöz Kültür Sanatın istehsalı və “Umya Az” MMC-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə bu layihə dünya turuna çıxmağa başlayır. Tədbir 29-31 oktyabrda Bakıda Heydər Əliyev Sarayında, 2 və 3 noyabrda isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Layihə 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra, 100-dən çox türkiyəli və azərbaycanlı rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi povesti ilə mədəni, epik və sənət əsəridir. Əsərdə eramızdan 2000 il öncə gedən qədim türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından Qarabağ savaşına qədər Anadolu və Qafqaz xalqlarının amansız mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri, bir sözlə Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığı simvolik olaraq səhnəyə gətirilmişdir.
“Qardaşlıq Dastanı” layihəsi 2 pərdə və 12 səhnədən ibarətdir. İlk dəfə 2021-ci ildə Türkiyədə səhnəyə qoyulmuş və İstanbul, Ankara, İzmir, Konya və bir çox digər böyük şəhərlərdə nümayiş olunmuşdur. Umya Medya və Umya Az-ın rəsmi təşkilatçılığı ilə 2022-ci ildə dünya turuna çıxacaq ansamblın ilk dayanacağı Azərbaycan səhnəsi olacaqdır. Azərbaycandan sonra Almaniya, Şimali Avropa, Meksika, Özbəkistan, Qazaxıstan, Dubay, Misir, Qətər və Çində turlarını 2023-cü ilin sonuna qədər davam etdirəcək. “Qardaşlıq Dastanı” layihəsi ilə dünyanın 100-dən çox ölkəsində Azərbaycan və Türkiyənin qardaşlığını, iki ölkənin zəngin mədəni irsini və tarixini sənət yolu ilə dünya xalqlarına tanıtmaq məqsədi daşıyır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi