Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
27-08-2022 [16:32]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildrir ki, nazir Ceyhun Bayramov Azərbaycanla Avropa Şurası arasında səmərəli dialoqun mövcud olduğunu vurğulayıb. AŞ ilə əməkdaşlığa dair 2022-2025 illər üzrə fəaliyyət planının vacib istiqamətlərdən biri olduğunu qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün dialoqun davam etdiyini, bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Zoltan Hernyeş Azərbaycanda son beş il ərzində fəaliyyət göstərdiyi dövrdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın, qarşılıqlı anlaşma və etimad əsasında genişləndiyini bildirib. Bu ilin aprel ayında Avropa Şurası Baş katibinin Azərbaycana səfərinin münasibətlərə müsbət töhfə verdiyini, 2022-2025 illər üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanın ehtiyaclarına uyğun olaraq bir sıra layihələrin icrasına başlanıldığını vurğulayıb. Azərbaycan tərəfindən milli səviyyədə həyata keçirilən hərtərəfli islahatların önəm daşıdığı, Avropa Şurasının bu islahatlara dəstək üçün aidiyyəti qurumlar ilə birgə layihələr icra etdiyini bildirib.
Nazir Ceyhun Bayramov daha sonra, qarşı tərəfi bölgədəki cari vəziyyət, post-münaqişə sonrası Azərbaycanın sülh gündəliyi və həyata keçirilən tədbirlər, regional əməkdaşlıq imkanları, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb. Zoltan Hernyeş öz növbəsində, Azərbaycanın bölgədə və beynəlxalq çərçivədə həyata keçirdiyi xarici siyasətin, inteqrasiya proseslərinə töhfəsinin vacib olduğunu bildirib. Avropa Şurasının sülh və barışıq səylərinə dəstək verəcəyinə ümidvar olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov səfir Hernyeşə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi