Kikboksinq üzrə dünya çempionunun güllələnərək öldürülməsi üzrə məhkəmə prosesi: "Emini öldürmək onun başı üçün deyildi"
26-08-2022 [16:40]
Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə dünya çempionu, 38 yaşlı Zaur Yusifovu qətlə yetirməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Məlum olub ki, Samir Şirəliyev ov silahı əldə etməsinə icazə almaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Razılıq alandan sonra Yasamal rayonu ərazisində yerləşən Ovçular mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb. O, güllə atmağı öyrənmək üçün Novxanıda poliqonda məşq edib. Daha sonra Zaur Yusifovu izləyib, onun yaşadığı evin blokunda gizlənib. Həmin vaxt Zaur Yusifov “Instagram”da canlı videogörüntü paylaşıb. Bu zaman Samir Şirəliyev videodakı məkandan onun çay evində olduğunu müəyyənləşdirərək oraya gedib.
Zaur Yusifov çay evindən çıxıb mağazaya daxil olarkən S.Şirəliyev onu qətlə yetirib.
Samir Şirəliyevə bu qətl hadisəsinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Ona qarşı, həmçinin Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama) maddəsilə də ittiham irəli sürülüb. İddia olunur ki, üzərindən döyüş bıçağı da tapılıb.
Samir Şirəliyev bu ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bilib. O, soyuq silahla bağlı ittihamı qəbul etməyib, özünü Cinayət Məcəlləsinin 120.1 maddəsilə təqsirli bilib.
S.Şirəliyev bildirib ki, Zaur Yusifovu ümumi təhlükəli üsulla öldürməyib. Əksinə, mağazada satıcını görəndə atəş açmayıb. Ehtiyat edib ki, güllə ona da dəyə bilər. Zaur Yusifov yerini dəyişəndən sonra piştaxtaların yanında ona atəş açıb. O qetd edib ki, xalası oğlu Emin Səfərov hələ uşaq vaxtlarından onların dolanışığına kömək edib, qayğı göstərib: “Emin mənə həm ata, həm ana, həm də qardaş olub. O, öldürüləndə mən müharibədə idim, hərbi xidmət dövrümə düşmüşdü. Onun ölümündən hərbi xidmətdən qayıdandan sonra xəbərim oldu. Zaur Yusifov həbsdən buraxılanda qərarlaşdırdım ki, ondan qisas alacam”.
Samir Şirəliyev cinayəti törədəndən sonra gedib xalası oğlunun Masallıdakı məzarını ziyarət edib, orada da təslim olmağı planlaşdırıb. Amma sonradan fikrini dəyişib: “Fikirləşdim ki, evdəkilərə narahatlıq yaradaram. Ona görə qərara gəldim ki, elə Cəlilabadda təslim olum. Cəlilabad rayon Polis Şöbəsinə gedib təslim oldum”.
Vəkillər Samir Şirəliyevin nəzərinə çatdırıb ki, xalası oğlunun qətlinə görə daha bir nəfər – Həsən Tağıyev də həbs olunub. Ona məhkəmənin hökmüylə 18 il həbs cəzası kəsilib. Elə həmin məhkəmə də Zaur Yusifovu təqsirsiz hesab edib, ona bəraət vermişdi. Belə olan halda, niyə Həsən Tağıyevi yox, Zaur Yusifovu hədəf seçməsini Samir Şirəliyev bu cür izah edib: “Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, o, öldürüb, sadəcə, məhkəmə nəyə görəsə, hansısa yolla bəraət verib”.
Xatırladaq ki, qətlə yetirən Zaur Yusifov kriminal aləmdə “Lotu Qulinin yaxın adamı” və “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu öldürməkdə təqsirləndirililərək həbs edilmişdi. Uzun müddət bu ölüm işinə görə Həsən Tağıyev adlı başqa bir təqsirləndirilən şəxslə birlikdə mühakimə olunan Zaur Yusifova sonda bəraət verilmişdi. O, 2021-ci ilin oktyabrında bəraət hökmüylə məhkəmə zalından azadlığa buraxılmış, Həsən Tağıyevə isə 18 il həbs cəzası kəsilmişdi.
Zaur Yusifovu qətlə yetirən 22 yaşlı Samir Şirəliyev mərhum Emin Səfərovun (Emin 44) xalası oğludur/Trend
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi