Prezidentin müşavirindən xəbərdarlıq: “Müharibə əmri hər an ola bilər”

img

19-04-2014 [11:38]


"Bütün Silahlı Qüvvələrin yeganə məqsədi və arzusu prezident, Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdəki çıxışında deyib.
 
General qeyd edib ki, Azərbaycan Ordusu regionda ən qüdrətli ordudur və düşmənlər bundan ciddi narahat olmağa başlayıblar.
 
O bildirib ki, hər an Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmaq lazımdır: "Bu əmr hər an ola bilər. Biz torpaqlarımızı işğaldan azad edəcəyik”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA