Deputat: "Bu gün İran azərbaycanlıları sıxışdırır" - "Tehran bu siyasətə son qoymalıdır"
26-08-2022 [11:51]
"Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Amma həm Birinci, həm də İkinci Qarabağ müharibəsi vaxtında İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib. ".
Mia.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O deyib ki, Azərbaycan yenə də İranla hər zaman səmimi və dostluq münasibətləri qurmağa çalışıb: "Hətta Vətən müharibəsindən sonra Prezident Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünün dostluq və qardaşlıq körpüsü olduğunu dedi. Ancaq Tehran müharibədən əvvəl İrəvanı silahlandırmaqla yanaşı, sonrakı dövrdə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirirdi. İranın iküzlü siyasətini, əlbəttə, qəbul etmirik. İran bu cür yanaşmalara son qoymalıdır”.
C.Məmmədov vurğulayıb ki, İran bölgədə sabitliyin təmin olunmasında, keçmiş Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb: "Tehran Bakının daha da güclənməsindən narahatdır. Azərbaycanın qələbəsi bir sıra dövlətləri, o cümlədən İranı ciddi narahat edir. İran bizi özünə din qardaşı hesab etmir, müsəlmanların yanında olduğunu bildirir. Lakin İran bunu söyləsə də, əməldə Ermənistanı dəstəkləyir. Bu, İslam prinsiplərinə ziddir, qəbul edilən deyil. Azərbaycan bu məsələdə dəfələrlə mövqeyini bildirib".
Milli Məclisin deputatı xatırlasıb ki, Pəhləvilər sülaləsinə qədər İranda hakimiyyətdə olanlar azərbaycanlılar idi: "Azərbaycanlılar uzun müddət İranın idarə olunmasında, dövlətçiliyin güclənməsində fəal iştirak ediblər. Amma bu gün İran bizim bu səylərimizi gözardı edir, azərbaycanlıları sıxışdırır, hüquqlarını məhdulaşdırır. Əlbəttə, bu, başadüşülən deyil. Halbuki orada yaşayan ermənilər üçün hər cür şərait yaradılıb. Məktəbləri, kilsələri, ictimai təşkilatları sərbəst fəaliyyət göstərir. İkinci bir tərəfdən, İran oradakı azərbaycanlıların öz doğma dilində təhsil almasına mane olur. Fəqət, dediyim kimi, oradakı ermənilər münasibət belə deyil. Orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması beynəlxalq hüquqa da ziddir. Bu münasibət bizi ciddi narahat edir. İran bu siyasətə son qoymalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi