Vüqar Rəhimzadə: "Azərbaycanın və Qazaxıstanın otuz illik əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır"
25-08-2022 [19:43]
“Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər atılan addımlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə verilən töhfələr və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər barədə aydın təsəvvür yaradır. Səfər zamanı diqqəti çəkən mühüm hadisələrdən biri kimi Qazaxıstan Prezidentinin Azərbaycan dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi yaxın günlərdə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək iki qardaş ölkənin bu illər ərzində əməkdaşlığının inkişafı istiqamətində göstərilən səylərin və qazanılan uğurların təqdimatıdır. Bu baxımdan ki, Qazaxıstan Prezidenti həmin mərasimdə bir daha bildirdi ki, dövlət başçısı İlham Əliyevi ölkəsində görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Prezident İlham Əliyev dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir. Kasım-Jomart Tokayev bütün qazax xalqı adından ehtiram əlaməti olaraq cənab İlham Əliyevə “Altın kıran” ordenini təqdim etdi. Bu ali mükafatı Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir: “İki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin böyük xidmətləri vardır. Ölkələrimizin qət etdikləri 30 illik əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır. Bu baxımdan ölkələr arasında əlaqələrin inkişafında etimad əsas faktordur. Səfər çərçivəsində iki dost ölkənin strateji tərəfdaşlığı ilə yanaşı, müttəfiqliyini də təsdiqləyən sənədin imzalanması perspektivlərə də aydınlıq gətirir.”
Belə ki, əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlərdə diqqəti çəkən əsas məqam prezidentlərin təkbətək, eyni zamanda, geniş tərkibdə keçirilən görüşlərində aktual məsələlər ətrafında aparılan müzakirələrlə yanaşı, imzalanan sənədlərdir ki, bunlar da qarşıda duran hədəflərə bələdçilik edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması ilə bərabər, 20-dən artıq sənəd müvafiq strukturlar tərəfindən imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında yeni istiqamət, ən əsası hüquqi bazadır. Sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası fonunda münasibətlərin inkişaf coğrafiyası daha da genişlənir. Hazırda iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Prezidentlər mətbuata bəyanatlarında diqqəti iyun ayında Bakıda keçirilən Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünə yönəldərək bildirdilər ki, bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əlaqələrin böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Bir sözlə, xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir. Birgə Bəyannamədə, həmçinin Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib.”
YAP Xətai rayon təşkilatının sədri tarixi Zəfərimizin reallıqları fonunda yeni əməkdaşlıq formatlarının yaradılmasından, ikitərəfli və çoxtərəfli çərçivədə qurulan əlaqələrdə Azərbaycanın mövqeyinin möhkəmlənməsindən geniş bəhs edərək bildirib ki, Azərbaycan daim xarici siyasətində qarşılıqlı hörmət və maraq prinsiplərini öndə saxlaması, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməyərək belə müdaxilələri özü üçün də yolverilməz qəbul etdiyindən hər zaman dəyişməz mövqeyi ilə dünyanın diqqətində olub: “Bunu sübut etmək üçün tarixi Zəfərimizdən sonra türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim bu birliyin təcəssümü kimi diqqətə çatdırılır. Ötən il Qarabağın tacı Şuşa Azərbaycan-Türkiyə qardaşlığının müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik etdi. Azərbaycan və Türkiyə dost, qardaş ölkələr olmaqla yanaşı, eyni zamanda, müttəfiqdirlər. Bu gün isə həmin sıraya Qazaxıstan da daxil oldu. Azərbaycan və Qazaxıstan hazırda eyni ab-havanı yaşayır. İmzalanan Bəyannamə iki ölkənin strateji tərəfdaşlığının müttəfiqliyə yüksəldiyinə bələdçilik edir.”
Vüqar Rəhimzadə onu da əlavə edib ki, tarixi Zəfərimizin mühüm reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə dost, qardaş ölkələrin dəstəyidir: “Səfər çərçivəsində Qazaxıstanın azad Qarabağımıza hədiyyəsinin təqdimatı xüsusilə diqqətçəkən oldu. Belə ki, Azərbaycan və Qazaxıstan prezidentləri Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu mühüm addım Qazaxıstanda keçmiş azərbaycanlı məcburi köçkünlərin öz doğma ocaqlarına Böyük Qayıdışı prosesinə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha təsdiqlədi. Bu təşəbbüsə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirən dövlət başçısı İlham Əliyev bunu dostluğun, qardaşlığın, həmrəyliyin təzahürü kimi dəyərləndirərək bu əminliyi də ifadə etdi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.”
Ümumilikdə Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfərinin məhsuldar olduğunu xüsusi qeyd edən YAP Xətai rayon təşkilatının sədri bir daha vurğulayıb ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ilini arxada qoyan Azərbaycanın və Qazaxıstanın qarşısında əlaqələrin daha da inkişafı üçün geniş imkanlar yaranıb: “Bir tərəfdən ərazi bütövlümüzün bərpası ilə Qarabağ münaqişəsinin tarixə qovuşması, digər tərəfdən isə 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması əlaqələrimizdə yeni səhifələr açır. Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın imzalanması da bunun təsdiqidir.”
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi