Ceyhun Bayramov xüsusi nümayəndə ilə görüşüb - Nələr müzakirə olunub?
25-08-2022 [19:21]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Prezidentinin xüsusi nümayəndəsi So Byoq Sunun rəhbərliyi altında nümayəndə heyətini qəbul edib.
Mia.az XİN-ə istinadla bildirir ki, C.Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. Nazir bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu və ölkələrimiz arasında artan siyasi dialoqun, qarşılıqlı səfərlərin, ötən ay nazir müavinləri səviyyəsində Koreyada siyasi dialoqun münasibətlərin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu qeyd edib. Parlamentlərarası münasibətlərin əhəmiyyət daşıdığı, bu çərçivədə, Koreya Parlamentində Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri kimi So Byonq Sunun səylərindən məmnunluq ifadə olunub. Nazir, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb. Koreya ilə ölkəmiz arasındakı alternativ enerji resursları, işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi və s. yeni istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin olduğu diqqətə çatdırılıb. O eyni zamanda ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.
So Byonq Su iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil, energetika, informasiya texnologiyaları, investisiya və digər sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin müzakirə olunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə edib. O, 2009-cu ildə Parlamentin Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri qismində ölkəmizə səfərini xatırlayaraq o zamandan bəri ölkəmizin necə inkişaf etdiyinin şahidi olduğunu, Koreya tərəfinin ölkəmiz ilə elektron hökumət, alternativ enerji, kənd təsərrüfatı, təhsil, “ağıllı şəhərlərin” yaradılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Nazir daha sonra 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin dövlətlərimizin beynəlxalq təşkilatlarda və platformalarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib, qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi