Birinci xanım xəstə uşağın xərclərini üzərinə götürdü

img

18-04-2014 [19:22]


Ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bu barədə millət vəkili Qənirə Paşayeva facebook hesabında yazıb: "Ölkəmizin birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin anası zəng edərək bildirib ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər və Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən sağlığına qovuşacaq, minlərlə uşaqlar kimi ailəsi və millətimiz üçün xeyirli övlad olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA