"Tora düşənlər" filmi təqdim edilib - VİDEO

img

25-08-2022 [15:46]


Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə "Tora düşənlər" filmi hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Mia.az DİN-ə istinadla bildirir ki, film müraciət edən insanların pullarının mütəşəkkil dəstə üzvləri tərəfindən maliyyə piramidaları vasitəsilə necə ələ keçirilməsindən bəhs edir.

Filmdə dələduzların iş prinsipi, fırıldaqçılıq metodları bütün çılpaqlığı ilə izləyicilərə təqdim olunur.

Maliyyə piramidalarının toruna düşməmək, dələduzluğun qurbanı olmamaq üçün real istintaq materialları əsasında hazırlanan maarifləndirici sənədli film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR