Əli Həsənov qadınların narko-biznesə cəlb edilməsindən danışdı

img

18-04-2014 [18:26]


Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir.

Bu Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində əksini tapıb.Məruzədə qeyd olunub ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyildir.

"Problemin narahatlıq doğuran məqamlarından biri də narkomaniya və narko-biznes kimi çirkin işlərə yeniyetmələrin və qadınların cəlb edilməsidir. Məlumdur ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti
olan hadisələrdir və cəmiyyətimizin ictimai bəsirətini itirəcəyi təqdirdə bizim də belə amansız təhlükə ilə üzləşməyəcəyimizə heç kim zəmanət verə bilməz. Belə təhlükələrlə üzləşməməyimiz üçünsə bütün cəmiyyət bilməlidir ki, narkomaniya qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir bəşər övladının ən müqəddəs borcu–insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmə yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq. Hazırda, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem xaricdən ölkə ərazisinə gətirilən narkotiklərlə bağlıdır. Bu, ilk növbədə narkotiklərin Şərqdən Qərbə tranziti baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir. Narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA