Polis əməliyyatı: uşaqları narkokuryerliyə cəlb edən dəstə üzvləri saxlanılıb - Əməliyyat görüntüləri (VİDEO/FOTO)
24-08-2022 [16:03]
Bakıda uşaqları narkokuryerliyə cəlb edən dəstə üzvləri saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinə (DİN) istinadla bildirir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən, onlayn yolla narkotiklərin satışını təşkil edən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və azyaşlıları narkokuryerliyə cəlb edən mütəşəkkil dəstənin daha 19 nəfər üzvü saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 154 kiloqram narkotik vasitə və psixotrop maddə, 1752 ədəd psixotrop tərkibli həb, 3739 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu və 33 ədəd “Makarov” markalı tapançaya aid patronlar aşkar edilib.
Daxil olmuş məlumat əsasında Bakı şəhəri və bölgələrdə həyata keçirilən xüsusi əməliyyatlar zamanı Aqil Ağazadə, Əlizadə Baxşıyev və Əzim Əzimov saxlanılıblar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 103 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 34 kiloqram heroin, 14 kiloqram tiryək, 15 kiloqram metamfetamin, 40 kiloqram marixuana, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib. Adları çəkilən şəxslərin əsas məqsədi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaqla yanaşı, yeni-yeni insanları asan yolla pul qazanmaq adı altında şirnikləndirərək narkokuryerliyə cəlb etmək olub.
Qeyd edək ki, Əzim Əzimovun Sabunçu rayonunda yerləşən, suvarma, havalandırma və işqlandırma sistemi ilə təchiz edilən torpaq sahəsindən əlavə olaraq aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi yaş halda çəkisi 2 ton 600 kiloqram olan 3724 ədəd çətənə kolu da aşkar olunub.
Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən dövr ərzində narkotiklərin intensiv satışını təşkil edən daha 16 nəfər saxlanılıb. Onlardan 51 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşları sağlam gələcək naminə narkotiklərdən uzaq durmağa, narkotacirlərin yalan vədlərinə inanmamağa və bu sahədə polis əməkdaşlarına dəstək olmağa çağırırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi