Daşkəsəndə qətl: qayınata gəlinini öldürdü

img

22-08-2022 [13:20]


Daşkəsən rayonunda gəlinini öldürən qayınata tutulub.

Mia.az xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR