Sumqayıtda su problemi yaranıb

img

18-04-2014 [12:34]


Sumqayıt şəhərində ciddi narazılıq yaranıb. Bu barədə mia.az-a məlumat verən şəhər sakinlərinin sözlərinə görə, dünəndən şəhərin yarısına suyun verilməsi dayandırılıb: "Özü də bildirirlər ki, 5 gün su olmayacaq. Səbəb kimi gətirdikləri arqument isə ümumiyyətlə, qəbul olunmazdır. Sumqayıt şəhər Su idarəsindən deyiblər ki, "Azərsu"yun "Azərenerji"yə borcu olduğu üçün elektrik enerjisinin verilməsini dayandırıb. Ona görə də şəhərin yarısı susuz qalıb. Başa düşə bilmir ki, biz istifadə etdiyimiz suyun pulunu vaxtında veririsə, nəyə görə suyumuz kəsilməlidir? İki idarənin problemi varsa, özləri həll eləsin, camaatı çətin vəziyyətdə qoymasınlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA