Moldova mətbuatı Müslüm Maqomayevin yubileyi ilə bağlı tədbirləri geniş işıqlandırıb

img

19-08-2022 [20:55]


Bu ilin avqustun 17-də dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Azərbaycanda keçirilən tədbirlər barədə məlumat Moldova mətbuatında, o cümlədən ölkənin Canal3, Canal2, Publika JutnalTV aparıcı telekanallarında rumın və rus dillərində geniş işıqlandırılıb.

Mia.az xəbər verir ki, sözügedən məqalələr və reportajlarda dünyaşöhrətli müğənni Müslüm Maqomayevin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı, açılışda dövlətimizin başçısı Prezident İlham Əliyevin çıxışı, həmçinin həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Müslüm Maqomayevin xatirəsinə həsr olan konsert barədə danışılır. Bundan əlavə Moldova mətbuatında xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlərin nümayişi, görkəmli müğənni və bəstəkarın repertuarından səsləndirilən əsərlər və onun haqqında nümayiş olan videoçarxlar barədə söz açılıb, o cümlədən dövlət başçısı Prezident İlham Əliyevin çıxışı geniş işıqlandırılıb.

https://noi.md/ru/obshhestvo/segodnya-muslimu-magomaevu-ispolnilosi-by-80-let?prev=1

https://www.jurnaltv.md/news/289d01f9a6e248d9/seara-in-memoria-lui-muslim-magomaev-la-baku-la-80-de-ani-de-la-nasterea-renumitului-cantaret-si-compozitor.html

https://dosarmedia.md/ziua-lui-muslim-eveniment-de-amploare-la-baku-organizat-de-fundatia-heydar-aliyev/ 

https://politik.md/baku-sarbatoreste-cea-de-a-80-a-aniversare-a-lui-muslim-magomayev/

https://dosarmedia.md/ziua-lui-muslim-eveniment-de-amploare-la-baku-organizat-de-fundatia-heydar-aliyev/ 

https://www.canal3.md/ru/grandioznyj-koncert-v-pamyat-o-velikom-maestro-v-baku-otmetili-yubilej-muslima-magomaeva_110012.html 

https://ru.primelestiri.md/grandioznyj-koncert-v-pamyat-o-velikom-maestro-v-baku-otmetili-yubilej-muslima-magomaeva---125451.html 

http://www.canal2.md/news/la-baku-a-fost-inaugurat-un-monument-in-memoria-marelui-cantaret-muslim-magomayev_149163.html 

https://www.publika.md/la-baku-a-fost-inaugurat-un-monument-in-memoria-marelui-cantaret-muslim-magomayev_3128748.html 

https://primelestiri.md/la-baku-a-fost-inaugurat-un-monument-in-memoria-mareului-cantaret-muslim-magomayev---125463.html 


Digər xəbərlər
SON XƏBƏRLƏR