Kəmaləddin Heydərov şimal bölgəsinin icra başçılarını toplayıb - Xüsusi müşavirə keçiriilb (VİDEO/FOTO)
19-08-2022 [19:12]
Avqustun 19-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
FHN-dən Mia.az-a verilən məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və FHN-in aidiyyəti strukturlarının rəhbərləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayon prokurorları iştirak ediblər.
Müşavirədə hazırda respublikanın şimal bölgəsində yanğınlarla bağlı son vəziyyət və yanğınların tam söndürülməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq, yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb. O, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.
Nazir əlavə edib ki, yanğınların söndürülməsi əməliyyatlarına Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Bundan əlavə, yanğınlarla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin canlı qüvvə və texnikaları cəlb edilib. Həmçinin, yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyi və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edirlər.
Müşavirədə baş vermiş yanğınların tam söndürülməsi istiqamətində görülən işlər geniş müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib.
Sonra nazir Kəmaləddin Heydərov yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi