“İstintaq” filmi Sankt-Peterburqda nümayiş etdiriləcək
19-08-2022 [16:17]
“İstintaq” filmi Sankt-Peterburqda nümayiş etdiriləcək.
Mia.az "Azərbaycanfilm”ə istionadla xəbər verir ki, 21-24 avqust tarixlərində Sankt-Peterburqda “Lendok” kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçiriləcək.
Təşkilatçılar təkcə Rusiyadan deyil, həm də qonşu ölkələrdən olan tərəfdaşlar və paytaxt qonaqları üçün işgüzar, mədəni və əyləncə proqramı hazırlayıblar! Bu müddətdə Rusiya və MDB ölkələrinin III Beynəlxalq Bədii və Sənədli Filmlər Festivalı Lendoc, həmçinin Rusiya və MDB ölkələrinin birgə istehsalı üzrə Beynəlxalq Konfrans keçiriləcək.
Qeyd edək ki, festivalın “Onlayn platformalar üçün seriallar” kateqoriyası üzrə qiymətləndirmədə iştirak edən üzvlərdən biri də “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovdur.
Lendok Film Festivalı çərçivəsində Rusiyanın şimal paytaxtının kinoteatrlarında qonşu ölkələrin “qızıl kolleksiyası”ndan filmlər nümayiş etdiriləcək. Qeyd edək ki, “Avrora” kinoteatrının Kiçik zalında (Nevski pr., 60) rejissor Rasim Ocaqovun “İstintaq” filmi nümayiş olunacaq.
Kinofestivalın əsas tədbirlərindən biri də avqustun 22-də Lendok kinostudiyasının Ağ zalında baş tutacaq MDB ölkələrinin birgə istehsalı üçün “Pitçinq”dir. Tədbirin moderatoru Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının katibi, MovieStart Prodüser Mərkəzinin baş direktoru Dmitri Yakunin olacaq. Pitçinq qısa siyahısına daxil olan müsabiqə iştirakçılarının işlərini Rusiya kinosunun və qonşu ölkələrin kinosunun aparıcı mütəxəssisləri qiymətləndirəcək.
Pitçinq başa çatdıqdan dərhal sonra "LENDOK - Kino 2022. Biz birlikdə daha çox iş görə bilərik" dəyirmi masa həyata keçirləcək. Pitçinq iştirakçıları Rusiya və qonşu ölkələrdə birgə istehsal layihələrinin həyata keçirilməsi perspektivlərini, eləcə də qlobal bazara birgə çıxışı müzakirə edəcəklər.
Bunlarla yanaşı Rusiya və qonşu ölkələrdən rejissorların, prodüserlərin və digər peşəkarların iştirakı ilə ustad dərsləri keçiriləcək. Kinorejissor Əli Xamrayev avqustun 23-də “Lendok” kinostudiyasının qonaqları ilə peşəkar sirlərini bölüşəcək. Həmçinin “Kultura” telekanalının kommersiya direktoru Viktoriya Krivitskaya, prodüser Yekaterina Mixaylova, CANON peşəkar avadanlıq şöbəsinin biznesin inkişafı üzrə meneceri Yevgeni Suboçev də təlimçilər arasında olacaq.
Silsilə tədbirlər avqustun 24-də “Sevmək” (Mixail Kalik, İnna Tumanyan, Moldova) və “Ağ paroxod” (Bolotbek Şamşiyev, Qırğızıstan) filmlərinin nümayişi ilə başa çatacaq.
Təşkilatçılar Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Lendok” kinostudiyası və “Moviestart” prodüser mərkəzidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi