İslamiadanın mükafatçısı Avropa çempionatında mübarizəni dayandırıb

img

17-08-2022 [16:01]


Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında çıxışını başa vurub.

Mia.az Report-a istinadla xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan 27 yaşlı idmançı təsnifat mərhələsində 13,66 metr nəticə göstərib.

Sarıyeva bu göstəriciyə görə finala yüksələ bilməyib.

Qeyd edək ki, Yekaterina Sarıyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR