Azərbaycanı tərk edən, valideyni qocalar evinə sığınan “Bəxt üzüyü”nün Sedası haqqında nələr bilirik? - Maraqlı faktlar (FOTO)
17-08-2022 [11:29]
Kulis.az estrada musiqilərinin misilsiz ifaçısı, ötən gün 62 yaşında ABŞ-da dünyasını dəyişən müğənni Firəngiz Rəhimbəyova haqqında maraqlı faktlar əldə edib.
Mia.az həmin araşdırmanı təqdim edir:
Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olan Firəngizin uşaqlıqdan incəsənətə həvəsi olub.
Firəngizin anası Raisa xanım çox erkən yaşda dünyasını dəyişib. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurub. Sona xanım Elmlər Akademiyasının işçisi olub. Firəngizi, demək olar ki, həmin qadın böyüdüb, boya başa çatdırıb, ali təhsil alması üçün dəstək olub, toyunu edib.
80-ci illərin sonunda Firəngiz Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” kimi bir-birindən gözəl, yaddaqalan mahnılar ifa edib.
Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Seda rolu gətirib. Bu obrazdan sonra azərbaycanlı tamaşaçılar onu daha da çox sevib.
Birinci ailə həyatı uğurlu olmayan müğənni müstəqillik dövrünün ilk illərində ABŞ-a səfər edib. Vətənə qayıdandan sonra o, qəfildən həmişəlik ABŞ-a köçmək qərarı verib. Azərbaycanı tərk edərək Los-Anceles şəhərinə yerləşən Firəngiz 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.
Uzun illədir ABŞ-da yaşayan azərbaycanlı aktrisa və müğənni özü haqqında müsahibələrinin birində belə deyib:
“Mən təsadüfən ABŞ-da deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Qohumlarım öz ailələri ilə uzun müddətdir ABŞ-da yaşayırlar. Bura köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır. Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır. Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım, demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var. Bakıya gəlməyi planlaşdırıram”.
Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü 2” filmində yenidən Seda roluna çəkilib.
Aktrisa ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı “Qırmızı planet” fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi “Rollerboll” filminə dəvət edilib.
Aktrisanın analığı 87 yaşlı Sona Rəhimbəyova isə uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır. O, müsahibələrinin birində ora düşməsi ilə bağlı məsələyə belə aydınlıq gətirib:
“Heç zaman yolumun buradan düşəcəyini, həyatımın belə olacağını düşünməmişdim. Yeganə övladım olan qızım Sevda həyat yoldaşı ilə birgə İsrailə köçmək məcburiyyətində qaldı. Kürəkənimin qohumları yaşamaq üçün onları İsrailə dəvət etdilər. Buna görə hətta evimizi də satmalı olduq. O zaman kürəkənim dedi ki, gəl sən də bizimlə get, gözüm üstə yerin var. Hətta İsrailə getmək üçün bütün sənədlərimi düzəltmişdilər. Amma mən ora getməkdən imtina etdim. Çünki orada 50-60 dərəcə isti olur. Kirayə qalmaq üçün tək yaşayan qonşu qadının evinə sığındım. O, məni çox incidirdi, aldığım pensiya ilə məni saxlayırdı. Hətta qızımın göndərdiyi pulları da mənimsəyirdi. Firəngiz mənim ikinci həyat yoldaşımın övladıdır. Ona və qardaşına da mən baxmışam. Onun toyunu mən etmişəm. Onun üçün darıxıram”.
Müğənni əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənniliklə və xırda bizneslə məşğul olurdu. Onun Raçel adlı bir qızı, iki nəvəsi var.
Aktrisa “Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olarsınız?” sualına isə belə cavab verir:
“Bu, mənim üçün ağrılı sualdır... Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm”.
Müğənni dünən ABŞ-da ürəktutmasından vəfat edib.
Allah rəhmət eləsin!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi