26 il əvvəl "ölmüş adam" indi necə "dirilə" bilər? - Quba sakininin başına gələn dramın iziylə... - Proqkurorluq araşdırma aparır (Yenilənib)
15-08-2022 [15:03]
26 il əvvəl Rusiyaya gedən, “ölü” kimi qeydiyyata salındığı üçün Azərbaycana geri qayıda bilməyən Abil Zeynalovun başına gələnlər bir neçə gündür böyük müzakirələrə səbəb olub.
Mia.az verir ki, 1955-ci il təvəllüdlü, Quba rayonunun Rustov kəndində anadan olmuş Abil Zeynalovun qarşılaşdığı vəziyyət hüquqi baxımdan maraqlı vəziyyət ortaya çıxarıb.
O, hazırda “ölü” kimi rəsmiləşdirilsə də, əmlakları satılsa da, ölkəyə qayıda bilməsə də, bir sıra hüquqlara malikdir və Azərbaycana qayıtdıqdan sonra hüquqi prosedur başlada bilər.
Mələsə ilə bağlı “Qafqazinfo”ya açıqlama verən vəkil Xəyal Feyzullayev hər hansı bir şəxs barəsində uzun illər xəbər olmadığı təqdirdə onun ölmüş şəxs kimi qeydiyyata salınmasının qanunla mümkün olduğunu bildirib:
“Mülki Məcəllənin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
Həmçinin Məcəllənin 42-ci maddəsi ölmüş elan edilmiş şəxsin geri qayıtdıqda yaranmış hüquqlarını əks etdirir. Belə ki, ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Abil Zeynalovun verdiyi məlumatdan isə görünür ki, arvadı onun 2011-ci ildə ölməsi faktına əsaslanıb məhkəməyə müraciət edib və onun ölmüş elan edilmesi haqqında qətnamə alıb. Həmin şəxs Azərbaycana qayıda bilməsi üçün Azərbaycan Respublikasının həmin ölkədə yerləşən diplomatik nümayəndəliyinə, yəni səfirliyə və ya konsulluğa müraciət etməli, üzərində şəxsiyyətini təsdiq edən sənədi varsa onu təqdim edib kim olduğunu bildirməli və Azərbaycan Respublikasına qayıtması ücün pasport almalıdır. Bundan sonra özü və ya etibarnamə əsasında nümayəndəsi vasitəsilə həmin qətnaməni rəsmi şəkildə əldə edib onun ləğvinə dair şikayət verə bilər. Həmin şəxsin ölmüş elan edilməsi haqqında qətnamə ləğv edildikdən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakının qalan hissəsinin qaytarılmasını tələb edə bilər”.
Vəkil əlavə edib ki, şikayətçi yaxın perspektivdə əmlaklarını geri ala da bilər: “Həmin şəxs keçmiş arvadına qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edə bilər. Bütün hallarda keçmiş arvadın nəyə əsaslanıb həmin şəxsin ölmüş hesab edilməsini tələb etməsi halları və təqdim etdiyi sübutlar ətraflı şəkildə araşdırılmalıdır”.
Qeyd edək ki, Abil Zeynalovun “Qafqazinfo”ya müraciətindən sonra əməkdaşımız tərəfindən kiçik araşdırma aparılıb və məlum olub ki, A. Zeynalovun ölüm kağızına Ədliyyə Nazirliyi Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov imza atıb. O bildirib ki, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb: “Zeynalov Abil Hacıbaba oğlu barəsində 10 oktyabr 2011-ci ildə Rusiya Federasiyasında vəfat etməsinə dair 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən ölüm faktı müəyyən olunub. Həmin illərdə biz orada işləməmişik və bu barədə məlumat da yoxdur. Lakin biz sənədlərin kökünə baxarkən müəyyən edirik ki, qanunvericilikdə də hüquqi faktların müəyyən olunması var. Yəni məhkəməyə müraciət edərək ölüm faktını müəyyən etdiriblər və buna əsasən qeydiyyat şöbəsinə müraciət ediblər. Bundan sonra ölüm haqqında sənəd açıblar. Ölüm qeydiyyatı hazırda da mövcuddur, ləğv olunmayıb. Bununla bağlı gərək vətəndaş məhkəməyə müraciət etsin. Bundan başqa o, səfirliyimizə və konsulluğumuza da müraciət edə bilər. Etibarnamə göndərməklə də məhkəmədə o qətnaməni ləğv elətdirə bilər. Yəni qanunvericilikdə bu nəzərdə tutulub ki, itmiş, ölüm faktı çıxmış şəxs varsa, həmin adam gələrsə, qeyd olunan məhkəmə qətnaməsi ləğv olunmalıdır”.
***
Quba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, bəzi media və sosial şəbəkə səhifələrində Rusiyada yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılıb.
Məlum olub ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib edilib.
Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi