Oqtay Şirəliyevdən yeni təyinat

img

17-04-2014 [13:21]


Azərbaycan səhiyyə sistemində ciddi kadr dəyişikliyi həyata keçirilib.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi xəbərə görə, yeni yaradılan Bakı Sağlamlıq Mərkəzinə direktor təyin olunub.
Bakı Sağlamlıq Mərkəzinə direktoru vəzifəsinə Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov təyinat alıb. Hazırda Bakı Sağlamlıq Mərkəzinin rəhbər və işçi kadrlarının formalaşması prosesi davam edir.
Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub.
Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsinə isə hələlik təyinat olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA