772 PUA, 4100 zirehli maşın və... - Rusiyanın itkiləri açıqlandı

img

12-08-2022 [10:44]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 43200 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1849 tankı, 4108 zirehli döyüş maşını, 975 artilleriya sistemi, 261  RYAS-i (reaktiv yaylım atəş sistemi), 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopteri, 3021 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 778 dronu, 185 qanadlı raket və 90 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR