Çempionlar Liqası: "Qarabağ"ın oyunlarının təqvimi açıqlanıb

img

10-08-2022 [12:15]


"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Mia.az xəbər verir ki, "Qarabağ" ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR