“Azərbaycan bizim qardaşımızdır" - Türkiyə müdafiə nazirindən Ermənistana mesaj

img

09-08-2022 [11:41]


“Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan çox qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Amma otuz il ərzində bütün bunları heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız "artıq bəsdir" deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edib. Eyni zamanda, qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı bir fürsətdir”, - o bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR