Rusiyanın itkiləri ilə bağlı rəsmi məlumat açıqlandı

img

09-08-2022 [10:07]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 42640 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1817 tankı, 4076 zirehli döyüş maşını, 964 artilleriya sistemi, 261  RYAS-i (reaktiv yaylım atəş sistemi), 133 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 193 helikopteri, 2993 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 757 dronu, 185 qanadlı raket və 87 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR