Stanislav Çerçesovdan "Qarabağ"la cavab oyunu haqqında açıqlama: "Sonadək mübarizə aparmaq niyyətindəyik"

img

08-08-2022 [15:56]


"Qarabağ" çox yaxşı hazırlıqlı komandadır".

Bunu "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis rəqibləri ilk oyundan sonra yaxşı tanıdıqlarını söyləyib: "Bəlkə də bu səbəbdən ikinci matçlarda daha yaxşı çıxış edirik. Amma hər qarşılaşmanın özünəməxsus çətinlikləri var".

Rusiyalı baş məşqçi bəzi oyunçuların zədəli olduğunu xatırladıb: "Cari mövsüm 6 rəsmi qarşılaşma keçirmişik. Zədəli oyunçuların olması normaldır. Ümid edirəm ki, sabahkı oyunda bizə kömək edənlər olacaq".

Çerçesov 90 dəqiqə ərzində rəqibdən üstün olmaq istədiklərini bildirib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Final fitinədək gücdən düşmək istəmirik. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik"/Report.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.


Digər xəbərlər
SON XƏBƏRLƏR