Çempionlar Liqası: "Qarabağ" komandası Macarıstana gedib

img

08-08-2022 [11:03]


"Qarabağ" "Ferentsvaroş"a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanıb.

Mia.az xəbər verir ki, "Qarabağ"ın zədəli futbolçuları kapitan Maksim Medvedev və Kevin Medina səfərə aparılmayıb.

Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.


Digər xəbərlər
SON XƏBƏRLƏR