Boşalan idarə rəisi vəzifəsi: KöçərIi Həsənov kimin əmisi oğlunu yenidən yüksək vəzifəyə gətirir?
08-08-2022 [09:12]
"Azərsu" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Mia.az xəbər verir ki, bu barədə ASC-nin sədr vəzifəsini icra edən sədr müavini Köçərli Həsənov avqustun 5-də müvafiq əmr imzalayıb.
Məlumata görə, sözügedən vəzifəyə "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev doğma əmisi oğlu İntiqam Tağıyevi gətirmək üçün "qollarını çırmalayıb": "Böyük ehtimalla Köçərli Həsənov bu gün və ya sabah onun əmrini imzalayacaq".
Bəs, İntiqam Tağıyev kimdir?
Mia.az-a verilən məlumata görə, İntiqam Tağıyev hazırda "Azərsu" ASC 4 nömrəli Sukanal İdarəsinin rəis müaviniidir.
Məsələnin ən maraqlı tərəfi odur ki, İntiqam Tağıyev də əmisi oğlu İlqar Tağıyevlə eyni ildə - 2011-ci ildə Qorxmaz Hüseynovun sədr təyin olunmasından qısa müddət sonra "Azərsu" sistemində əmək fəaliyyətinə başlayıblar: "Belə ki, İlqar Tağıyev 2011-ci ildə Qorxmaz Hüseynovun sədr təyinatından çoxc qısa müddət sonra ona müavin təyin edilib. Yeni sədr müavini, yəni İlqar Tağıyev isə vəzifəsində oturar-oturmaz əmisi oğlu İntiqam Tağıyevi əvvəlcə Neftçala rayon Sukanal idarəsinə rəis göndərdib, oradan isə Bakının ən strateji rayonlarından biri olan Nəsimi rayonundakı müavafiq idarəyə "transfer" etdirib. Lakin İntiqam Tağıyevin Nəsimi rayonunda yaratdığı problem və nöqsanlar onun bu rayonda uzun müddət duruş gətirməsinə mane olub və o, vəzifəsindən azad olunub. Lakin onun işsiz statusunda qalması uzun çəkməyib. Belə ki, İlqar Tağıyev əmisi oğlunu birbaşa 3 nömrəli Regional Sukanal idarəsinə birbaşa rəis göndərilməsinə nail olub. Ancaq İntiqam Tağıyev burada, yəni doğulduğu rayonu da əhatə edən idarədə də rəhbərliyin və əmisi oğlunun etimadını uzun müddət doğrulda bilməyib. Yenə də vəzifədən çıxarılan və bir müddət işsiz qalan İntiqam Tağıyevin bu dəfə də əmisi oğlu İlqar Tağıyev "dinc durmayıb". O, növbəti də əmisi oğlunu "Azərsu" ASC-nin aparatına - öz yanına mühəndis təyin etdirib. Niyə məhz öz yanına? Əlbəttə, bu da təsadüf olmayıb...".
Məlumata görə, İntiqam Tağıyev 4 nömrəli Sukanal idarəsinə rəis müavini vəzifəsinə də məhz sonuncu vəzifəsindən göndərilib: "Sizcə, İlqar Tağıyev və onun təmsil etdiyi qruplaşma olmasaydı, bu qədər ziqzaqlı təyinatlar olardımı? İndi belə bir adamı bir neçə rayonu əhatə edən böyük bir regional idarəyə rəis təyin etdirmək hansı məntiqə sığar? Axı, İntiqam Tağıyev indiyə qədər işlədiyi hansı idarədə nümunəvi işləyib və ya yeniliklər edib? Əgər varsa, o zaman ortaya sual çıxır: niyə tez-tez vəzifələrindən çıxarılıb və fasilələrlə işsiz qalıb?
Şübhəsiz ki, sədr vəzifəsinin icraçısı Köçərli Həsənov bunu da, onun hansı "zərurət"dən yeni-yeni vəzifələrə təyinatının səbəblərini də dəqiqliyi ilə bilir. Sadəcə, bilin ki, İlqar Tağıyev olmasaydı, İntiqam Tağıyev çoxdan indiki vəzifəsindən də uzaqlaşdırılardı. Amma təbii ki, qeyd etdiyimiz kimi, ortada Köçərli Həsənovun da sirr yoldaşı İlqar Tağıyev faktoru var. Və məhz bu amil Köçərli Həsənovu nəinki əmin addım atmaqdan çəkindirib, əksinə, o, müavin həmkarının əmisi oğlunu elə həmin idarəyə rəis təyin etdirmək üzrədir".
Mia.az xəbər verir ki, yaxın vaxtlarda ASC-yə yeni sədr təyinatının gerçəkləşəcəyi barədə xəbərlər də dolaşır: "Böyük ehtimalla yeni sədr təyinatından sonra ACS-də çox böyük struktiur və kadr dəyişiklikləri baş verəcək. O zaman yəqin ki, belə xoşagəlməz təyinatlara da son veriləcək...".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi