İƏT-dən bəyanat: "Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir"

img

07-08-2022 [18:48]


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 4-də radikal dini qruplar tərəfindən Azərbaycanın Londondakı səfirliyinə olunan hücumla bağlı bəyanat verib.

Mia.az xəbər verir ki, bəyanatda deyilir:

“İslam Əməkdaşlıq Təşkilatının Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozub. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir"


Digər xəbərlər
SON XƏBƏRLƏR