"Sabah" "Sumqayıt"ı məğlub edib

img

07-08-2022 [21:16]


Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Mia.az xəbər verir ki, "Sabah" klubu evdə "Sumqayıt"ı sınağa çəkib. "Bank Respublika Arena"kı qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 27-ci dəqiqədə Anatoli Nuriyev, 53-cü dəqiqədə Coy-Lens Mikels və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Kristian Sebalyos vurublar.

Bu qələbədən sonra "Sabah" 3 xalla liderliyə yüksəlib. "Qarabağ", "Zirə" və "Neftçi" də eyni xala malikdir. Xalı olmayan "Sumqayıt" isə sonuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" evdə "Səbail"i 3:1, "Neftçi" isə "Şamaxı"da eyniadlı komandanı 1:0 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR