Ərdoğan Qarabağdakı son  gərginlikdən və səfirliyimizə hücumdan danışdı: "Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir, Ermənistan..." - VİDEO

img

06-08-2022 [14:47]


“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən dönərkən jurnalistlərə deyib.

O, Azərbaycan əsgərlərinin .əhid olması ilə nəticələnən hücumu pisləyib və bir daha qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir: "Qarabağ Azərbaycan suveren ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”.

Ərdoğan daha sonra Londondakı Azərbaycan səfirliyinə radikal dinçi qrupun hücumuna toxunub: "Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR