Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkarlanıb - FOTO

img

05-08-2022 [11:51]


Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkarlanıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Mia.az-a bildirilib ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: "Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mireşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndində yerləşən Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib. Aşkarlanmış bütün küp qalıqları Ağdam Rayon Tarix və Diyarşünaslıq muzeyinə təhvil verilib".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR