Konfrans Liqası: "Neftçi" "Rapid"ə qalib gəlib (Yenilənib)

img

04-08-2022 [22:53]


"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Mia.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:1.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

***

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) klubunun start heyətləri açıqlanıb.

Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov

Baş məşqçi: Laurentsiu Regekampf"Rapid": 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqştaller, 14. Aleksa Peyiç, 19. Mixael Sollbauer, 22. Martin Kostselnik, 23. Yonas Auer, 27. Marko Qrüll, 28. Morits Osvald, 29. Ante Bayiç, 41. Bernhard Zimmerman

Baş məşqçi: Ferdinand Feldhofer

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Rapid" matçı saat 21:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR