İslamiada: Azərbaycanın yığmasının təqvim bəlli olub

img

04-08-2022 [17:24]


Voleybol üzrə Azərbaycan milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi açıqlanıb.

Federasiyadan Mia.az-a verilən məlumata görə, B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq. Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ - avqustun 8-nə təsadüf edəcək.

Kişi voleybolçulardan ibarət kollektiv isə avqustun 9-da meydana çıxacaq. A qrupunda yer alan yığma Sudanı sınağa çəkəcək.

İslam Həmrəyliyi Oyunları

Qadınlar

B qrupu
8 avqust
17:00. Seneqal - Azərbaycan

10 avqust
14:00. Əfqanıstan - Azərbaycan

12 avqust
14:00. Kamerun - Azərbaycan

Kişilər

A qrupu
9 avqust
11:00. Sudan - Azərbaycan

11 avqust
20:00. Azərbaycan - Kamerun

13 avqust
17:00. Azərbaycan - Mərakeş

Qeyd edək ki, İslamiada 9 - 18 avqustda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR