"Azərbaycan 10 noyabr razılaşmanın müddəalarından kənara çıxmayıb, əksinə..." - Zahid Orucdan açıqlamalar
04-08-2022 [14:26]
“Heç şübhəsiz ki, Azərbaycan son iki ilə yaxın vaxt ərzində Vətən müharibəsinin yekunlarında 3 dövlət rəhbərləri tərəfindən imzalanmış Bəyanatın müddəalarına sadiq qalaraq hərəkət edib. Həm Ağdamın, Kəlbəcərin, daha sonra Laçının azad edilməsi fonunda Azərbaycan dövləti tərəfindən də müvafiq addımlar atılıbdır və regionda sülhün təmin olunması üçün digər vacib həm dövlətlərarası razılaşmalar, həm beynəlxalq danışıqlar, həm Avropa Biriliyinin prosesə qoşulması fonunda həyata keçirilən tədbirlərdə Azərbaycan fəal rol oynayıb. Ona görə də, dünən baş vermiş hərbi əməliyyat fonunda ermənilərin xarici aləmə “Azərbaycanın gündəliyində sülh yoxdur” devizini çıxarmasının heç bir əsası ola bilməz. Çünki son iki ilə yaxın dövr ərzində Cənab Prezidentin nitqində ən başlıca fikir, ideya və onun gerçək təminatını həyata keçirmək iradəsi, gücü məhz Azərbaycanda olan sülh prosesidir”.
Mia.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.
Zahid Oruc bildirib ki, əslində dünənki əməliyyatı bir tərəfdən “Qisas”əməliyyatı, digər yandan isə sülhə məcburetmə, regionda əbədi, daimi sülhün bərqərar olunması siyasəti kimi qiymətləndirir: “Bilirik ki, Rusiya sülhməramlılarının həmin əraziyə daxil olması 10 noyabr 2020-ci il Bəyannaməsinə əsasən gerçəkləşib. Həmin müddəalarda aydın bir şəkildə yazılıb və qeyd olunub ki, yəni, 4-cü maddədə yazılıb ki, Rusiya sülh yaradıcı qüvvələrinin bölgəyə gəlməsiylə və konkret orada onun məsuliyyət zonasının yaranması şəraitində erməni silahlı birləşmələri bölgəni tərk edəcəkdir. Lakin 19 iyulda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, onlar sentyabrda bu işi həyata keçirəcəklər. O qeyd etdi ki, onsuz da Ermənistandan artıq çağırışçıları bura cəlb etmirlər. Bu, nəyin sübutudur? Bu, onun göstəricisidir ki, həmin qüvvələr orada var. Və siz dünənki əməliyyat zamanı Azərbaycan ordusunun, xüsusilə də “Bayrakdar”lar vasitəsilə endirilmiş zərbələrin hansı nöqtə olduğunu gördünüz? Məhz hərbi istehkamlar bu zərbənin hədəfində oldu. Biz axı deyilən kimi, yəni “Azərbaycanın gündəliyində sülh yoxdur” sözünə cavab verdik. İkinci məsələ bəyan edirdilər ki, bu, Qarabağda yaşaması mümkün olan hər hansı bir ermənin varlığına Azərbaycan tərəfinin tanınması deməkdir. Əsla, bu, axı Xankəndidə mülki insanları zərbə vurmaqla, onların həyatına, varlığına son qoymaq əməliyyatı kimi özünü göstərməyib, yoxdur belə kadrlar. Əksinə, bu hərbi istehkamlar bizim arqumentlərimizi gücləndirən hadisədir ki, onlar orada necə yaranıblar? Üçüncüsü, rus sülhməramlıların orada məsuliyyət zonası və mandatına daxil olan mühüm öhdəlikləri və vəzifələri var. Ağdam şəhərində yerləşən və Türkiyə hərbi qüvvələrinin bəlli bir sayda yaradılmış Monitorinq Mərkəzi də bu proseslərə nəzarət etmək üçündür”.
“Bir daha söyləyirəm ki, Azərbaycan 10 noyabr razılaşmanın müddəalarından kənara çıxmayıb. Əksinə, onu təmin etmək üçün addımlar atmaqdadır. Ona görə də, heç şübhəsiz ki, Rusiya sülhməramlı qüvvələri tərəfindən bu istehkamların, yeraltı hansısa bir xətlərin, o cümlədən Qarabağa əlavə gətirilən silahların, texnikaların qarşısı alınmış olsaydı, bəlkə də, dünənki əməliyyata da ehtiyac qalmazdı. Düşünürəm ki, məhz ona görə də, Rusiya tərəfindən verilən bəyanat kifayət qədər balanslıdır. Hər hansı suçlandırıcı, ittiham edici, mühakimə edici bir mövqe yoxdur. Ermənilər də bundan məyus olublar. Ona görə də, siz onların informasiya məkanına baxsanız əksər erməni politoloqları, siyasətçiləri açıq şəkildə Rusiyanın və onun sülhməramlı qüvvələrini ittiham edirlər ki, nə üçün onları qorumayıblar, onların əvəzində döyüşməyiblər və s. Bir daha söyləyirik, axı Azərbaycan bu əməliyyatı Qarabağda, elə həm də Qarabağda yaşamaq istəyən ermənilərin təhlükəsizliyi üçün edir. Orada qalan erməni hərbi birləşmələri də ən böyük zərbəni həm İrəvana və onun maraqlarına, təhlükəsizliyinə vurur, o cümlədən Qarabağda yaşamaq istəyən, hazırda sayı 27 minə qədər enmiş olan ermənilərə vurur. Hər kəs bilsin ki, Cənab Prezidentin “dəmir yumruğu” davam edir. Harada maraqlarımıza təhlükə olacaqsa, bu yöndə də müvafiq addımlar atılmış olacaq. Ona görə də, regionda, xüsusilə də Qarabağ bölgəsində müəyyən bir sülh yaradıcı prosesə məsuliyyət götürmüş qüvvələr bunun fərqində olmalıdır”, - deyə sonda deputat fikirlərini yekunlaşdırıb.
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq