Paşinyan məsuliyyəti rus sülhməramlıları ilə erməni cinayətkar dəstənin üzərinə yüklədi: "Qarabağda Ermənistan hərbçiləri xidmət etmir"

img

04-08-2022 [12:24]


“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir: “İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasından yanadır”.

N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR