Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"a qalib gələ bilmədi
03-08-2022 [21:57]
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçında "Qarabağ" bu gün Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyuna fəal başlayan Ağdam təmsilçisi ilk təhlükəni 11-ci dəqiqədə Filip Ozobiçlə yaradıb. Lakin xorvatiyalı yarımmüdafiəçi hədəfdən yayınıb. 3 dəqiqə sonra İbrahim Vadjinin zərbəsini qapıçı Deneş Dibus dəf edib. 17-ci dəqiqədə qonaqlar hesabı açıblar. Frank Boli fərqlənib. 28-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin 2-ci qolu vurmasına mane olub. 34-cü dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirib. Filip Ozobiçin cərimə zərbəsini qapıçı qaytarsa da, topa hamıdan birinci çatan Kvabena Ovusu tarazlığı bərpa edib. 38-ci dəqiqədə Adama Traore Məhəmmədəliyevlə üzbəüz qalsa da, Azərbaycan millisinin qolkiperi komandasını real qoldan xilas edib. 44-cü dəqiqədə Vadji sürətli əks hücumu məntiqi sonluqla başa çatdıra bilməyib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Vadji qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət etsə də, VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna məhsuldar ötürməni verən Marko Veşoviçin topu qəbul edərkən ofsaydda olması səbəb olub. Birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci yarıda “Ferentsvaroş”u tamamilə müdafiə olunmağa məcbur edən “köhlən atlar” 50-ci dəqiqədə Vadji ilə növbəti dəfə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin son anda müdafiəçilər seneqallı hücumçunun fərqlənməsinin qarşısını alıblar. 59-cu dəqiqədə Marko Veşoviçin sağ cinahdan zərbəsini qapıçı çətinliklə küncə çıxarıb. 66-cı dəqiqədə sürəti hesabına 2 müdafiəçini geridə qoyan Vadji topa istədiyi kimi zərbə endirə bilməyib. 2 dəqiqə sonra isə qonaqlar 2-ci qolu vurmağa yaxın olublar. Şahruddin Məhəmmədəliyevin çıxışda səhvə yol verməsindən sonra komanda yoldaşları topu boş qapıdan çıxararaq, onu sığortalayıblar. 81-ci dəqiqədə Ovusunun cərimə zərbəsindən vurduğu top az fərqlə dirəyin yanından qapı xəttini tərk edib. 82-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Julio Romao meydana daxil olub. Ağdam klubunda ilk oyununa çıxan braziliyalı yarımmüdafiəçi Marko Yankoviçi əvəzləyib. 86-cı dəqiqədə Ramil Şeydayev sol cinahda iki müdafiəçini geridə qoyub qapı qarşısına ötürmə etsə də, Bəhlul Mustafazadə topa toxuna bilməyib. 89-cu dəqiqədə "Ferentsvaroş"dan Tokmak Nquenin zərbəsi qapının üstündən keçib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə cərimə meydançasındakı qarışıqlıq zamanı Məhəmmədəliyev topu tutaraq, təhlükənin qarşısını alıb. Ardınca "Qarabağ"ın hücumu zamanı Vadjinin zərbəsini Dibus dəf edib. Son dəqiqələrdə komandaların səylərinə baxmayaarq, qarşılaşmada qalib müəyyənləşməyib.
Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi