Prezident Administrasiyasında təyinat: yeni sektor müdiri təyin olundu

img

16-04-2014 [15:10]


Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoruna müdir təyin olunub. Bu sektora Vüsal Quliyev rəhbərlik edəcək.

V.Quliyev buna qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA