Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

img

02-08-2022 [15:51]


Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 16-a təyin edilib.

Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR