"Azercell" genişmiqyaslı layihəyə start verdi
02-08-2022 [09:43]
Abunəçilərinin dinamik şəkildə artan ehtiyaclarını nəzərə alan "Azercell Telecom" MMC ölkə boyunca 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə daha bir irimiqyaslı layihəyə start verib.
Mia.az xəbər verir ki, bu proqram çərçivəsində növbəti 18 ay ərzində 300-dən çox yeni baza stansiyanın quraşdırılması və 1 600-ə yaxın mövcud stansiyanın təkmilləşdirilməsi nəzərdə tutulur. Beləliklə, ölkənin aparıcı mobil operatorunun LTE stansiyalarının ümumi sayı 3 200-ü ötəcək.
Layihənin icrası nəticəsində "Azercell"in 4G şəbəkəsinin tutumu Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% artacaq! Bu da, öz növbəsində, abunəçiləri yüksək ötürülmə sürəti, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də sosial şəbəkələr, multiplayer oyunları, interaktiv onlayn proqramlar, videokonfranslar, video zənglər və bir çox digər rəqəmsal həlləri özündə cəmləşdirən multimedia xidmətlərinə sürətli çıxış imkanı ilə təmin edəcək.
"Azercell"in şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Vətənə geri qaytarılan torpaqlarımızda ilk mobil infrastrukturu qurmağa müvəffəq olan Azercell, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri öz şəbəkəsi ilə əhatə edib. Qeyd olunan rayonlarda Azercell artıq 80-dan çox baza stansiyası quraşdırıb və bu istiqamətdə apardığı işləri planlı şəkildə davam etdirməkdədir.
Onu da qeyd edək ki, operator ötən il 4G (LTE) yüksəksürətli mobil interneti Bakı Metropoliteninin bütün stansiya və tunellərində əlçatan edib.
"Azercell" öz infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə yatırmağı davam edəcək. Bu, şirkətə Azərbaycan bazarında yeni nəsil texnologiyaların tətbiqi üçün zəruri platformanı təmin etməyə imkan verəcək. Eyni zamanda, "Azercell" aktiv şəkildə telekommunikasiya sənayesinin ən son tendensiyalarına cavab verən məhsul və rəqəmsal həlləri ərsəyə gətirməyi davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi