Siyəzəndə yol qəzası: 1 nəfər ölüb, 3-ü yaralanıb

img

01-08-2022 [13:59]


Siyəzən rayonunda yol qəzası baş verib.

Mia.az Report-a istinadla xəbər verir ki, "Hyundai" markalı avtomobil magistral yolda idarəetməni itirərək aşıb. Nəticədə 1951-ci il təvəllüdlü Vitaliy Qladçenko Vladimiroviç ölüb, paytaxt sakinləri - 1955-ci il təvəllüdlü Nüşabə Həsən qızı Sultanova və 1974-cü il təvəllüdlü Səbinə Çingiz qızı Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər sərnişin, 2004-cü il təvəllüdlü Ayan Rövşən qızı Qasimova isə Siyəzən Regional Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub