İqbal Ağazadə: "Nə blok, nə koalisiya, nə Etibar Məmmədov?" - "Bu dövrdə Etibar Məmmədov nə gəzir, o, çoxdan bitib"
31-07-2022 [11:20]
“İqbal Ağazadənin liderliyi ətrafında birləşmə ola bilər, amma mən kiminsə liderliyinin ətrafında birləşmərəm”.
Mia.az-ın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında Ümid Partiyasnın sədri İqbal Ağazadə AMİP lideri Etibar Məmmədovun koalisiya yaratması və rəhbərlik etdiyi partiyanın da orada yer alması ilə bağlı müzakirələrə münasibətində deyib.
Partiya sədrinin sözlərinə görə, bu heç bir halda müzakirə predmeti də ola bilməz: “Nə blok, nə koalisiya, nə Etibar Məmmədov? Mənim heç nədən xəbərim yoxdur. Etibar Məmmədov blok yaradır, “Ümid” niyə onun yanında olmalıdır? Ümid Partiyası bu gün Azərbaycanın əksər partiyalarını öz ətrafında birləşdirə biləcək gücə malikdir. Ümid Partiyası niyə kiminsə ətrafında birləşsin ki? Biz hər hansı bir partiya ilə bloka girsək, bu ancaq “Ümid”in ətrafında ola bilər. Etibar Məmmədovun şəxsinə hörmətim var, amma o, Azərbaycanın bir tarixidir. İndi yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov nə gəzir? Yeni dövrdə Etibar Məmmədov artıq partiyanın sədrliyindən də gedib”.
İqbal Ağzadə Etibar Məmmədovun Azərbaycan siyasətinin “dərin adamı” adlandırılmasına da münasibət bildirib: “Kim kimi necə istəsə, adlandıra bilər. Dərindədir lap yaxşı, dərində də qalsın. Mən nə deyirəm ki? Etibar Məmmədov mənim üçün 1988-1990- cı illər xalq hərəkatında və AMİP-in rəhbəri olmuş bir adamdır, tarixdir, bitib, vəsaalam. Etibar Məmmədov yeni tarixdə nə gəzir? İndi 2022-ci il – yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov yoxdur. Bitib, çıxıb gedib”.
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədovun uzun fasilədən sonra yenidən aktiv siyasətə qayıtması ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən, Etibar Məmmədov koalisiya yaradır. İttifaqa AMİP lideri özü rəhbərlik edəcək. Orada ADP sədri Sərdar Cəlaloğlunun, KXCP sədri Mirmahmud Mirəlioğlunun, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, “Ümid” lideri İqbal Ağazadənin, Ağ Partiyanın başqanı Tural Abbaslının, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov və digərlərinin yer alacağını bildirib. Mətbuatın yazdığına görə, yeni siyasi birliyin hədəfi qarşıdan gələn parlament seçkilərində müştək iştirakdır.
Mia.az
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO