Bərdədə sensasiyalı hadisə: 28 yaşlı qadın ərini çoxsaylı bıçaq zərbələri ilə öldürdü

img

29-07-2022 [16:43]


İyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az Prokurorluğa istiinadla xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR