Aparıcı Azər Zahid: "Trol qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəm"

img

27-07-2022 [14:53]


Aparıcı Azər Zahid sosial şəbəkədə yayılan videoda əlil qazini təhqir etməsi xəbərinə münasibət bildirib.

Mia.az xəbər verir ki, Azər Zahid Teleqraf.com-a açıqlamasında yayılan xəbərlərin əssasız olduğunu deyib:

"Videonun çox qısa hissəsini paylaşıblar, görüntünü 10 gün əvvəl "TikTok" platmormasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan "trol" qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəm.

Haqqımda video da paylaşırlar ki, Azər ölüb, döyüblər və sair. Bu haqda da açıqlama verəcəm. Üç qazimizə öz cibimdən 1600 manat pul vermişəm. Bu da bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəm. Bizim o qardaşla şəxsi zarafatımız var".

Qeyd edək ki, videoda Azər Zahidin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən "sən onsuz da saya bilməyəcəksən" dediyi əks olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR