Deputatdan gömrükdəki qruplaşma haqqında maraqlı açıqlama: "...nehrəmlilərin vəzifələrdə geniş təmsil olunması onlara ana südü qədər halaldır"
24-07-2022 [16:55]
“YAP-ın hakimiyyətdə olduğu dövrdə naxşıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır”.
Mia.az moderator-a istinadla xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.
O, Gömrük Komitəsi ilə əlaqədar cəmiyyətdə geniş müzakirə olunan məsələyə – dövlət qurumunda regionçuluq və tayfabazlığa münasibət bildirib:
“Bu məqsədyönlü şəkildə şişirdilmiş və ictimaiyyətə ötürülmüş məlumat idi. Naxçıvanda və Qərbi Azərbaycanda doğulub və həmin bölgələrdə şəxsiyyət kimi formalaşmış insanlar düşmən içərisində yaşamaları və ya təcrid olunmaları, iqlimin insan xarakterinə təsir imkanları və kasıblıq səbəbindən müqayisədə daha sosial fəal olublar. Məhz buna görə xalq hərəkatının önündə olan səxslərin sırasında bu bölgədən olan insanlar çoxluq təşkil edirdi. Buna görə həm müxalifətdə, həm iqtidarda onların xüsusi çəkisi artıq idi.
AXC hakimiyyəti dövründə də belə idi. Kiçik bir araşdırma aparsanız görəcəksiniz ki, o zaman universitet partası arxasından nə qədər adam Prezident Administrasiyasında, başqa dövlət orqanlarında yüksək vəzifələrə təyin olunmuşdular. Yüksək vəzifəyə təyinat alanların bəzilərinin hətta ya ali təhsili yox idi, ya da ixtisası uyğun deyildi.
Mərhum prezident Heydər Əliyevin liderliyi ilə YAP Naxçıvanda təsis olunub və onun avanqard hissəsini qeyd etdiyim regiondan olanlar təşkil edirdi. Heydər Əliyevin yenidən siyasi karyera qazanmasında nehrəmlilərin müstəsna xidməti olub.
Hakim kommunist partiyasının ciddi təzyiqlərinə baxmayaraq o, Nehrəmdən deputat seçildi, sonra Naxşıvan MR cəbhəçilərinin və Naxçıvan camaatının ciddi dəstəyi ilə kommunistlərin müqaviməti qırıldı və Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri oldu.
Ona görə YAP-ın hakimiyyətdə olduğu dövrdə naxçıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır. Bütün inkişaf etmiş ölkələrdə də qalib gəlmiş partiya öz tərəfdarlarını hakimiyyətə gətirir. Milli mentalitet də nəzərdən qaçırılmamalıdır.
Düzdür, belə bir deyim var, hər şey ya zamanla dəyişir, ya da bir şəxslə. Hazırına nazir olan gənc kadrlar keçmişi öyrənməsələr də, yaxud unutdurmağa çalışsalar da, eyni zamanda YAP-da təmsil olunan həmin bölgənin adamları müdrikcəsinə sussalar da, fakt faktlığında qalır.
YAP Azərbaycanın beynəlxalq arenada həmişə etibarlı tərəfdaş olması ilə öyünüb, bu daxildə öz tərfdarlarına münasibətdə də belə olmalıdır. Çünki indi, gərgin geosiyasi oyunların oynanıldığı bir dönəmdə, Azərbaycana həmişə olduğundan daha çox sabitlik və harmoniya lazımdır. Ona görə hakimiyyət daxilində təfriqə salmaq üçün klanlar arası savaş adı altında naxçıvanlıların təxribatçı qüvvələr tərəfindən hədəfə alınması yersizdir, ziyanlıdır. Korporativ maraqlar kənara atılmalı, dövlət maraqları hər şeydən üstün tutlmalı, insanlar siyasi mənsubiyyətinə, dövlətə sədaqətinə, bilik və bacarıqlarına, təcrübələrinə görə irəli çəkilməlidirlər.
Bilik və bacarıq, təcrübə isə rus və ingilis dillərini bilmək, yaxud yaxın dost-tanış demək deyil”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi