15-04-2014 [16:03]
Bakıda Heydər Əliyev Sarayı və "Qış parkı” bağlandı; Mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqlar başladı
Ərazidə hazırlıq işlərinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu dəfəki bayramın miqyası iki dəfə çox olacaq: "Heydər Əliyev Sarayı və "Qış parkı” kimi tanına ərazidə Gül bayramını təşkil etməyi planlaşdırırıq. Bir neçə gündür ki, sözügedən parkalarda piyadaların hərəkəti məhdudlaşdırılıb.
Eyni zamanda ərazidə güllərin sərgilənməsi üçün stendlərin quraşdırılması davam edir”
Bakı meriyasının nümayəndəsi bildirdi ki, bu dəfəki bayrama görə, Hollandiya, İtaliya, İspaniya və Avstaliyadan güllər sifariş olunub: "Artıq sifariş olunan güllər yoldadır. Bayrama qədər onlar Bakı şəhərindəki xüsusi soyuducu anbarlarda sxlanılacaqlar. Parkların bəzədilməsinə isə bayramdan iki gün öncə başlanacaq”.
Mərasimin təmtəraqlı olması üçün təşkilatçılıq işlərinə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun rəhbərlik etdiyini deyən meriya nümayəndəsi vurğuladı ki, H.Abutalıbov sarayın qarşısındakı bağda özü üçün çadırdan mənzil-qərargah tikdirib: "Hacıbala müəllim tez-tez əraziyə gələrək, aparılan işlərlə maraqlanır. Bəzən gecələr də, saatlarla burada qalaraq öz tapşırıqlarını verir. Gül bayramında sərgilənəcək gülləri və dekorasiyaları şəxsən özü seçib. Eyni zamanda bu il bayrama cəlb olunan işçi qüvvəsi iki qat artırılıb”.
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun özü üçün qurdurduğu çadır qərargaha girib, onunla görüşmək istəyimiz isə heç cürə alınmadı. Bizə gözləməyimizi deyən mühafizə polisi merin nahardan sonra bizimlə görüşə biləcəyini söylədi. Elə bu məqamda Hacıbala Abutalıbov çadırın arxa tərəfindən çıxdı və maşınına əyləşərək ərazidən uzaqlaşdı.
Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Budəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.
musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi