Zakir Həsənovdan daha bir dəyişiklik, nazir məşhur polkovniki ordudan təxris etdi

img

15-04-2014 [15:22]


Müdafiə naziri Zakir Həsənov orduda hərbi polis sisteminin yaradıcılarından olan yüksək rütbəli zabiti Silahlı Qüvvələrdən təxris edib.

AzNews.az-a daxil olan məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi Rövşən Məhərrəmov ordu sıralarından uzaqlaşdırılıb. Hərbi mənbələrdən bildirilib ki, Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunduqdan bir müddət sonra - yanvarın 6-da R. Məhərrəmov məzuniyyətə göndərilib. Ötən gün isə müdafiə naziri onun təxris olunması ilə bağlı əmr imzalayıb.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı polkovniklə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.

Xatırladaq ki, polkovnik Rövşən Məhərrəmov 1992-1993-cü illərdə Bakı şəhər Qarnizonunun komendantı, 1994-cü ildə isə Hərbi Polis İdarəsinin post patrul xidməti üzrə rəis müavini, 1997-2000-ci illərdə idarənin qərargah rəisi - idarə rəisinin birinci müavini, 2000-2010-cu illərdə isə həmin idarənin rəisi vəzifəsində işləyib. 2010-cu ildən isə xidmətini Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrində davam etdirib.

Müdafiə Nazirliyi sistemində peşəkar və vətənpərvər kadrlardan hesab edilən R. Məhərrəmov Prezident tərəfindən "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA