Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası: Ceyhun Bayramovla Borrel bir arada mesajlar verdi - FOTOLAR (Yenilənib)
19-07-2022 [20:51]
"Əməkdaşlıq Şurasının 18-ci iclası Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin vəziyyətini nəzərdən keçirmək üçün yaxşı bir imkan oldu".
Mia.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.
“Biz Aİ-Azərbaycan münasibətlərini müzakirə etdik. Hazırkı vəziyyəti nəzərə alsaq, tərəfdaşlar arasında sıx təmas və siyasi dialoq çox vacibdir. Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Bizim əməkdaşlığımız daha da intensivləşib. Mən dünən Bakıda Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlıq barədə Anlaşma Memorandumunu xatırlatmaq istəyirəm. Bu bizə imkan verəcək ki, Azərbaycandan qaz idxalının həcmini iki dəfə artıraq. Bu, həmçinin gələcəkdə Aİ ilə Azərbaycan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açacaq”, - Borrell qeyd edib.
O, əlavə edib ki, Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək: "Anlaşma memorandumu ilə 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz tədarükü iki dəfə artırılacaq. Biz eyni zamanda, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərini də dəstəkləyirik".
Borrel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan məkana çevrilməsi ilə bağlı səyləri də dəstəkləyir: “Biz Azərbaycanın xarici işlər naziri ilə qonşularla, xüsusən də Ermənistanla münasibətləri müzakirə etdik. Bu baxımdan mən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ötən şənbə günü Tbilisidə keçirilən görüşü alqışlayıram. Aİ bu səyləri dəstəkləməyə hazırdır və fikir ayrılıqlarını aradan qaldırmaq, həll yollarını tapmaq üzərində fəal işləyir”.
Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) əlaqələri güclü, hərtərəfli tərəfdaşlıq istiqamətində inkişafını davam etmək niyyətindədir: “Biz Aİ ilə Azərbaycan arasında münasibətləri güclü və hərtərəfli tərəfdaşlığa çevirmək üçün ümumi məqsədlərə əsaslanan müzakirələr apardıq. Biz iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi yollarını araşdırdıq. COVID-19 pandemiyasının iqtisadi təsirlərinə baxmayaraq, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Aİ həm də ölkəmizdə ən böyük investordur. Enerji sahəsi Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının əsas elementi olaraq qalır. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin imzaladığı yeni anlaşma memorandumu ilə enerji tərəfdaşlığımız daha da möhkəmlənib. Biz alternativ mənbələrdən təbii qaz həcmlərini Aİ bazarına çıxarmaq məqsədi ilə Avropanın ən böyük infrastruktur və enerji layihəsi olan Cənub Qaz Dəhlizi vasitəsilə strateji tərəfdaşlığımızı inkişaf etdiririk. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun həyata keçirilməsi Cənub Qaz Dəhlizinin şaxələndirilməsini göstərir".
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur: "Avropa İttifaqı postmünaqişə dövründə mühüm rol oynayır. İttifaq üç görüş vasitəsilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına vasitəçilik edib. Bu görüşlər faydalı idi, Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifah üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə dialoqa töhfə verib.
Azərbaycan Avropa İttifaqının postmünaqişə dövründə bərpaetmə işlərinə kömək etmək səylərini yüksək qiymətləndirir. Bu gün Avropa şirkətləri işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrdə iştirak edir. Biz, həmçinin humanitar minatəmizləmə sahəsində köməyə, o cümlədən son 4 milyon avroluq yardım paketinə görə Aİ-yə minnətdarıq. Minatəmizləmə səylərini dəstəkləmək üçün bütün müvafiq vasitələri səfərbər edəcəyik”.
***
Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, iclas zamanı, Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilməkdə olan hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılıb. Hər iki tərəf bu sazişin qısa müddət ərzində yekunlaşmasına tərəfdar olduğunu təsdiq edib.
Daha sonra Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, sektoral əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat, ətraf mühit, iqtisadi, ticarət, insanlararası əlaqələr, sosial məsələlər, habelə kommunikasiya məsələləri müzakirə edilib. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol Avropa İttifaqı tərəfindən diqqətə çatdırılıb. Azərbaycanın etibarlı tərəfdaş olduğu qeyd edilib və bu xüsusda, 18 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının Prezidenti tərəfindən imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Avropa İttifaqı tərəfi Azərbaycanın təbii qazının təchizat təhlükəsizliyinə və qiymətlərin sabitliyinə töhfə verdiyini bildirib. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın çoxtərəfli platformalarda inkişaf etdirilməsi perspektivləri və bu kontekstdə, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq və Şərq Tərəfdaşlığının təkmilləşdirilməsi yolları müzakirə edilib.
Gündəliyin digər bəndi üzrə regional məsələlərə diqqət yönəldilib. Bu xüsusda, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ətrafında geniş müzakirə aparılıb. Nazir Ceyhun Bayramov normallaşma prosesinin hazırkı vəziyyəti, Azərbaycan tərəfindən göstərilən yanaşma və baxış diqqətə çatdırılıb. Sülh sazişinin imzalanması, bu xüsusda Azərbaycanın sistemli və strukturlu yanaşmanın tərəfdarı olduğu qeyd edilib. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, eyni zamanda, Azərbaycanla Ermənistan arasında etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi sahəsində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.
Nazir xüsusilə, münaqişədən sonrakı bərpa işləri barədə məlumat verib. Cari iclasın əlamətdar tarixi günə, ilk dəfə öz yurdlarından qovulmuş məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə qayıdışına təsadüf etdiyini vurğulayıb. Nazir, həmçinin münaqişədən sonrakı bərpa və quruculuq işləri kontekstində Azərbaycan ərazilərinin kütləvi şəkildə minalardan çirklənməsi məsələlərinə diqqət yetirdi, bunun məcburi köçkünlərin tezliklə qayıdışına ciddi əngəl olduğunu, Azərbaycan mülki şəxslərinin mütəmadi əsasda baş verən partlayışlar nəticəsində həlak olduğunu, yaralandığını tərəf müqabillərinin diqqətinə çatdırıb. Ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana yardımın və əməkdaşlığın əhəmiyyət daşıdığı qeyd olunub.
Görüş zamanı, Azərbaycan-Avropa İttifaqı gündəliyinin digər məsələləri, o cümlədən, demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində əməkdaşlıq və bu istiqamətdə Azərbaycanda atılan addımlar və islahatlar barədə məlumat verilib, gündəlikdə duran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasın sonunda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel mətbuat açıqlamaları ilə çıxış ediblər.
***
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edir.
Bildirilib ki, Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.
Eyni zamanda Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür